Sabirabadda mal-qara oğruları yaxalanıb - VİDEO

Sabirabadda mal-qara oğruları yaxalanıb - <span style="color: red;">VİDEO
# 17 yanvar 2014 12:50 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda mal-qara oğruları polis tərəfindən saxlanılıb.

Sabirabad Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, rayonun Qalaqayın kənd sakini İlham Qasımov həyətindəki tövlədən ümumi dəyəri 2800 manat olan 18 baş qoyunu oğurlayan şəxsləri yaxalayıb.

Polis həmin şəxsləri zərərçəkmiş kənd sakini İlham Qasımovun şikayəti əsasında saxlayıb. Sabirabad və Saatlı polisinin keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, vətəndaşların mal-qarasını oğurlayan şəxslər Saatlı rayonunun Mustafabəyli və Qıraqlı kənd sakinləri Ziyadov Fuad Zakim oğlu və Qasımov Nurlan Alim oğludur.

Hər iki şəxs barəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR