Bakıda Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək

Bakıda Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək
# 05 sentyabr 2013 07:25 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. 11-13 sentyabr tarixlərində Bakı şəhərində “Şərq Nağılı” adlı Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival nazirliyin təşəbbüsü və dəstəyi, “Dan” Beynəlmiləlçi Gənclər, “Müşviq” Əlil Uşaqlara Yardım və “Müstəqil Həyat” Dəstək və İnkişaf Mərkəzi İctimai Birliklərinin təşkilati dəstəyi ilə təşkil olunur.

Festival əlilliyi olan istedadlı gənclərin yaradıcııq bacarıqlarının reallaşdırılmasının dəstəklənməsi, ictimaiyyətin diqqətinin humanizm ideyalarına, əlilliyi olan gənclərin yaradıcılığına cəlb edilməsi, əlilliyi olan gənclərin sosial inteqrasiyası və adaptasiyasının təşviqi, əlilliyi olan gənclərlə ünsiyyətin qurulması və təcrübə mübadiləsi üçün şəraitin yaradılması, regional, millətlərarası və beynəlxalq mədəni əlaqələrin gücləndirilməsi məqsədilə keçirilir.

Festivalda 11 ölkədən 200-dən çox gəncin iştirakı nəzərdə tutulur. İştirakçı dövlətlər müsabiqəyə mahnı, rəqs, teatr və instrumental musiqidən ibarət proqram təqdim ediblər. Festival çərçivəsində əlilliyi olan gənclərlə işləyən yerli təşkilatlar və fərdi təlimçilər üçün xarici ekspertlərinin ustad dərsləri (master – klass) təşkil ediləcək.

Qeyd edək ki, festival ərəfəsində Gənclər və İdman Nazirliyi və UNİCEF tərəfindən 20 nəfər qaçqın, məcburi köçkün və əlilliyi olan gənclər üçün xarici ekspert tərəfindən fotoqrafiya üzrə 5 günlük təlimlər başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR