Yaltanı faşistlərdən xilas edən alayın azərbaycanlı komandirinin memorial xatirə lövhəsi açılıb - FOTO

Yaltanı faşistlərdən xilas edən alayın azərbaycanlı komandirinin memorial xatirə lövhəsi açılıb - <span style="color: red;">FOTO
# 08 may 2013 07:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynanın Yalta şəhərində 1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayın komandiri Cəlil Nəcəbovun memorial xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib. Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) APA-ya verilən məlumata görə, mərasimdə Krım Muxtar Respublikası nazirlər kabinetinin sədr müavini Georgiy Psarev, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, UAK sədri Rövşən Tağıyev, şəhər rəhbərliyinin, Krım azərbaycanlılarının nümayəndələri iştirak ediblər.

G.Psarev tədbirdə bildirib ki, Cəmil Nəcəbovun xatirə lövhəsinin Yaltada açılışı əlamətdar hadisədir: “Biz hər zaman Böyük Vətən müharibəsi qəhrəmanlarını xatırlamalı, onların hünərləri barədə gələcək nəsillərə danışmalıyıq”.

Çıxış edən səfir E.Mədətli isə deyib ki, memorial lövhə böyük məna kəsb edir. Onun sözlərin görə, bu iki xalq arasında dostluq və qarşılıqlı hörmət mənasını daşıyır. UAK sədri R.Tağıyev isə deyib ki, Ukraynanın faşistlərdən xilas olması üçün on minlərlə azərbaycanlı öz həyatını qurban verib. R.Tağıyev onların adlarının əbədiləşdirilməsi üçün bundan sonra da Ukraynanın müxtəlif yerlərində abidələrin ucaldılacağını bildirib.

R. Tağıyev, həmçinin müharibə qəhrəmanlarına həsr etdiyi şerləri səsləndirib. Memorial lövhənin açılışında Krım azərbaycanlılarının icmasının sədri Rəhim Hümbətov bildirib ki, İcmanın təşəbbüsü ilə təməli qoyulan memorial lövhə üzərində uzun müddətli iş aparılıb. Onun sözlərinə görə, bütün ərazi abadlaşdırılıb, bir neçə körpücük bərpa olunub.

R. Hümbətov qeyd edib ki, Azərbaycan icması bundan sonra da parkın abadlaşdırılması işini davam etdirmək niyyətindədir, parkda pulsuz wi-fi ərazi yaradılacaq. Cəlil Nəcəbov Yaltaya ilk daxil olan və şəhəri faşistlərdən xilas edən 323-cü atıcı alayın komandiri olub. 323-cü alay fəxri Yalta alayı adını alıb. Podpolkovnik Nəcəbov Qırmızı Döyüş Ordeni və bir çox medallar alıb, ona Yaltanın fəxri vətəndaşı adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR