Daha 3 idmançımız Dünya kubokunda çıxışını başa vurub

Daha 3 idmançımız Dünya kubokunda çıxışını başa vurub
# 20 may 2014 13:50 (UTC +04:00)

Bakı – APA. Qazaxıstanın Almatı şəhərində stend atıcılığı üzrə Dünya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə medal qazana bilməyən Azərbaycan yığmasının daha 3 üzvü çıxışını mükafatsız başa vurub.

Belə ki, skit növündə hədəf önünə keçən snayperlərimizdən Emin Cəfərov 37-ci, Paşa Əhədpur 68-ci və Fuad Qurbanov 71-ci yeri tutub.

Həmyerlilərimizdən Əlimirzə Quliyev, Əli Hüseynli və Elvin İsmayılov (hər üçü trap) isə mayın 24-də yarışa qoşulacaq.

Qeyd edək ki, Dünya Kubokunun ilk günündə Zemfira Meftahəddinova 16-cı, Nurlana Cəfərova 20-ci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR