Samuxda 26 yaşlı oğlanın meyiti körpüdən asılı vəziyyətdə tapılıb

Samuxda 26 yaşlı oğlanın meyiti körpüdən asılı vəziyyətdə tapılıb
# 13 yanvar 2014 10:19 (UTC +04:00)

Samux rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1987-ci il təvəllüdlü Vüsal Nərimanovun meyiti rayonun Sərkar kəndində su kanalının üzərində olan körpüdən asılmış vəziyyətdə tapılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, bilinməsə də, V. Nərimanovun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR