Müsavat başqanı partiya daxilində gərginliyin artmasından narahat olduğunu bildirib

Müsavat başqanı partiya daxilində gərginliyin artmasından narahat olduğunu bildirib
# 29 dekabr 2013 11:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Partiya daxilində gərginliklərin artması xoşagələn hal deyil. İlin əvvəlindən qurultayın keçirilməsi istiqamətində konkret addımlar atılmalıdır”.

APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qurultayı barədə danışarkən deyib.

İ. Qəmbər qeyd edib ki, partiya iki ilə yaxındır ki, qurultay keçirməyə hazırdır: “İstənilən vaxt bizə normal məkan ayrılsa, qurultayımızı keçirməliyik. Artıq ilin ilk aylarından biz bu məsələ ilə ciddi şəkildə məşğul olmalıyıq. Digər məsələlər nə qədər önəmli olsa da, öz partiyamızın güclənməsi və inkişafı baxımından qurultaya ehtiyac var”.

Müsavat başqanı qurultayla bağlı partiya daxilində gərginliyin artmasından narahatlığını da ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR