Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği artıb

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği artıb
# 06 may 2014 13:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin I rübündə Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 39 589 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çoxdur.

İpoteka kreditləri orta hesabla 278 aylığa, illik 6,87%-lə verilib. Qeyd edək ki, bir il əvvəlki göstərici ilə müqayisədə ipoteka kreditlərinin orta illik faiz dərəcəsi də aşağı düşüb. Belə ki, bir il əvvəl kreditlər illik 6,99%-lə verilib.

Hazırda ipoteka kreditləri üzrə aylıq ödənişin orta məbləği 319,5 manat təşkil edir. Bu isə bir il əvvəl ilə (319 manat) müqayisədə 0,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR