Ukrayna-Rusiya sərhədində daha bir keçid məntəqəsi hücuma məruz qalıb

Ukrayna-Rusiya sərhədində daha bir keçid məntəqəsi hücuma məruz qalıb
# 21 iyun 2014 01:09 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rostov vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti sərhəd idarəsinin nümayəndəsi Vasili Malayev bəyan edib.

“Saat 22:30 radələrində (Moskva vaxtı ilə) Ukrayna sərhədçiləri Rusiyanın keçid məntəqəsinə keçərək naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qaldıqlarını bildiriblər. Sərhədçilərin arasında xəsarət alanlar da var”, deyə Malayev bildirib.

Onun sözlərinə görə, yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri nisbətən ağır olanlar xəstəxanaya göndərilib.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Novoşaxtinsk keçid məntəqəsi Ukrayna ərazisindən minaatanlardan atəşə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR