ANAMA əməkdaşları Cenevrədə keçirilən kurslara qatılıblar

ANAMA əməkdaşları Cenevrədə keçirilən kurslara qatılıblar
# 18 oktyabr 2013 09:16 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Cenevrədə Sülh Naminə Tərəfdaşlıq Proqramı (PfP) çərçivəsində keçirilən kurslara qatılıblar. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.

Oktyabrın 14-ü başlamış və bu gün davam edən kurslardan biri “Mina Aksiyalarında Keyfiyyətin İdarə Olunması”, digəri isə “Mülki-hərbi əməkdaşlıq, sursat təhlükəsizliyi və ehtiyatların idarə edilməsi” mövzusundadır.

Kurslar İsveçrə hökuməti və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) tərəfindən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR