Qubada “Mədəniyyətlərarası əlaqələrin inkişafında Azərbaycan təcrübəsi” adlı elmi-praktik konfrans keçirilir - FOTO

Qubada “Mədəniyyətlərarası əlaqələrin inkişafında Azərbaycan təcrübəsi” adlı elmi-praktik konfrans keçirilir - <span style="color: red;">FOTO
# 17 iyul 2013 14:17 (UTC +04:00)

Quba. Vəli Turan-APA. Qubada “Mədəniyyətlərarası əlaqələrin inkişafında Azərbaycan təcrübəsi” mövzusunda elmi-praktik konfrans keçirilir. APA-nın şimal bürosunun verdiyi məlumata görə, konfransa Azərbaycan, Rusiya, İsrail və ABŞ-dan olan dövlət və ictimai xadimlər, diplomatlar, respublikanın 17 azsaylı xalqın nümayəndələri, milli-mədəni icma nümayəndələrinin, məşhur etnoqraf,filosof, antropoloq, kulturoloq, sosioloq və mədəniyyət xadimləri qatılılıb.

“STMEGİ” xeyriyyə fondunun təşkilatçılığı ilə, Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, Quba RİH-nin, Rusiya Elmlər Akademiyasının iştirakı ilə təşkil olunan konfransda millət vəkilləri Vahid Əhmədov, Yevda Abramov, İsrail respublikasının Azərbaycandakı səfirinin vəzifələrin icra edən Ronen Krauz, Quba RİH-nin başçısı Mübariz Ağayev, Yazıçılar Birliyinin sədri Anar və digər dövlət və ictimai xadimlər iştirak edib. “STMEGİ" xeyriyyə cəmiyyətinin sədri German Zaxariyayev bu tədbirin mədəniyyətlərarası əlaqələrin inkişafında Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədi daşıdığını bildirib.

Çıxış edənlər Azərbaycan dövlətinin milli azlıqların milli-mənəvi dəyərlərinin qorunub saxlanması istiqamətində apardığı uğurlu siyasətdən danışıblar. Konfrans yeni praktiki yolların öyrənilməsinə və millətlərarası münasibətlərin inkişafına, eləcədə etnik və mədəni qarşılıqlı münasibətlərin inkişafına yardım edəcəyi vurğulanıb.

Konfrans sabah yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR