İsa Həbibbəyli: “Azərbaycanda doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı heç bir maneçilik və məhdudiyyət yoxdur”

İsa Həbibbəyli: “Azərbaycanda doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı heç bir maneçilik və məhdudiyyət yoxdur”
# 13 sentyabr 2013 13:19 (UTC +04:00)

Yaxın müddətdə Nazirlər Kabineti tərəfindən doktoranturaya qəbul planın təsdiq olunması gözlənilir

Bakı. Könül Kamilqızı - APA. Yaxın müddətdə Nazirlər Kabineti tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası və AMEA-ya tabe olmayan elmi təşkilatlara (Təhsil Nazirliyi istisna olmaqla) doktoranturaya qəbul planının təsdiq olunması gözlənilir. Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, AMEA Rəyasət Heyəti tərəfindən 2013/2014-cü tədris il üçün doktoranturaya qəbul planı Nazirlər Kabinetinə göndərilib. İ.Həbibbəylinin sözlərinə görə, bu yaxınlarda proses yekunlaşacaq və doktoranturaya qəbulla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək: “Doktoranturaya qəbulla bağlı işlər vaxtında ictimaiyyətə elan olunacaq və qəbul prosesi keçiriləcək. Azərbaycanda doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı heç bir maneçilik və məhdudiyyət yoxdur”.

Qeyd edək ki, bir müddət öncə AMEA-nın Təhsil və kadrlar şöbəsinin açıqladığı məlumatda qeyd olmuşdu ki, AMEA və AMEA-ya tabe olmayan elmi təşkilatlara (Təhsil Nazirliyi istisna olmaqla) doktoranturaya qəbul elanı avqustun 20-dən sonra veriləcək. Doktoranturaya sənəd qəbulu isə sentyabrın 1-dən 30-dək aparılacaq. AMEA sistemi üzrə doktoranturaya qəbul imtahanları oktyabrda başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR