Azad Rəhimov: “Bizə tapşırıq verilib ki, bölgələrdə sosial ipotekanın təbliği ilə bağlı işlər aparılsın” - FOTO - VİDEO

Azad Rəhimov: “Bizə tapşırıq verilib ki, bölgələrdə sosial ipotekanın təbliği ilə bağlı işlər aparılsın” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 sentyabr 2013 08:43 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Bölgələrdə sosial ipotekanın təbliği və bu istiqamətdə aparıla biləcək işlərlə bağlı tapşırıq almışıq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov verib. O deyib ki, gənclərin problemlərinin araşdırılması üçün bölgələrdə davamlı görüşlər keçirilib: “Biz regionlarda çoxlu görüşlər keçirmişik. Görüşlərin 50 faizində gənclər evsizlik problemini qaldırıblar. Bizə də tapşırıq verilib ki, bölgələrdə sosial ipotekanın təbliği ilə bağlı işlər aparılsın”.

A. Rəhimovun sözlərinə görə, artıq yeni proqramın və modelin hazırlanması üçün işlərə başlanılıb: “Gənclər əsasən məşğulluq, mənzil problemindən, asudə vaxtın təşkilindən şikayətləniblər. Biz onların ictimai işlərdən kənarda qalmaması üçün də müəyyən tədbirlər həyata keçirəcəyik. Bütün bu problemlərin həlli istiqamətdə işlər aparılır”.

A. Rəhimov gənclərin seçkilərdə fəallığı məsələsinə də toxunub: “Azərbaycanda 600 min gənc ilk dəfə olaraq prezident seçkilərində iştirak edəcək. Bizim əsas vəzifəmiz odur ki, gənclərin səsvermə məntəqələrinə gəlməsinə nail olaq. Bununla bağlı Bakıda və bölgələrdə müxtəlif tədbirlər həyata keçirilib. Bu yaxınlarda əlavə olaraq, televiziyada sosial video çarxlar nümayiş etdiriləcək, radioda isə qeyd olunan mövzuda reklamlar səsləndiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR