Penitensiar xidmət rəhbərlərinin 19-cu konfransı keçirilib

Penitensiar xidmət rəhbərlərinin 19-cu konfransı keçirilib
# 24 iyun 2014 12:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Helsinki şəhərində Avropa ölkələrinin Penitensiar xidmət rəhbərlərinin 19-cu konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda Azərbaycanı Penitensiar Xidmətin rəisi Mədət Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun, Cinayətkarlıqla Mübarizə Departamentinin və Cinayət Hüququ bölməsinin təşkilatçılığı ilə “Həbsxana və Probasiyada ümumi məqsədlər və dəyərlər” mövzusunda keçirilən konfransın əsas məqsədi penitensiar sahədə mövcud problemlərin, eləcə də probasiya xidmətinin təşkili ilə bağlı ümumi tövsiyələrin müzakirəsi, müsbət təcrübənin və iş metodlarının mübadiləsi olub. 47 ölkənin təmsil olunduğu konfransda beynəlxalq təşkilatların - Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, Həbsxana və İslah Xidmətlərinin Avropa Təşkilatı (EuroPris) və Avropa Probasiya Konfederasiyasının da nümayəndələri iştirak ediblər.


Ölkəmizin nümayəndə heyəti səfər proqramı çərçivəsində tanışlıq məqsədi ilə 17 ölkənin üzv olduğu beynəlxalq qeyri-hökumət təşkilatı olan Həbsxana və İslah Xidmətlərinin Avropa Təşkilatının (EuroPris) 3-cü Ümumi Yığıncağına və həmin təşkilatın Finlandiyanın Cinayət Cəzaları Agentliyi ilə (RİSE) birgə təşkil etdiyi toplantıya da qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR