Milli Azərbaycan Tarixi Muzeyində “Dost ellərinin hədiyyələri” sərgisinin açılışı olub - FOTOSESSİYA

Milli Azərbaycan Tarixi Muzeyində “Dost ellərinin hədiyyələri” sərgisinin  açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 16 may 2014 14:44 (UTC +04:00)

APA-nın məlumatına görə, sərgidə AMEA-nın prezidenti Akif Əlizadə, müxtəlif ölkələrin səfirləri və diplomatları iştirak edib.

Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dan artıq unikal eksponat - Azərbaycanın dövlət müəssisələri və görkəmli şəxsiyyətlərinə edilən hədiyyələr nümayiş olunur.

N. Vəlixanlı qeyd edib ki, “Muzey kolleksiyaları ünsiyyət yaradır” şüarı Beynəlxalq Muzeylər Şurası tərəfindən 18 May - Beynəlxalq Muzeylər günü silsilə tədbirlərin şüarı elan olunub: “Beynəlxalq Muzeylər günü ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyində də silsilə tədbirlər keçiriləcək”.

N. Vəlixanlı muzeylə yaxın əməkdaşlığına görə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşquna, Belarusun Azərbaycandakı səfirliyinə, BP şirkətinə, tədqiqatçı alim Ədalət Tahirzadəyə təşəkkürnamələr təqdim edib.

Sərginin bədii hissəsində müxtəlif ölkələrin rəqslərindən ibarət səhnələr nümayiş olunub.

Qeyd edək ki, ekspozisiyada alban, bolqar, çex, qana, monqol, özbək, rumın, türkmən milli geyimləri, əfqan, belorus, rumın, İran, Mali, Misir, Moldova, Kabarda-balkar, tacik, türkmən xalçaları, rus, qazax, Kuba, Hindistan, Çin, Seneqal, özbək musiqi alətləri təqdim edilir.

Sərgi sentyabrın 1-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR