Bu barədə APA-ya Şamxal Hüseynovun qardaşı Əlövsət Hüseynov bildirib. Onun sözlərinə görə, mayın 2-də qardaşı evə zəng edərək salamat olduğunu bildirib: “Şamxal bundan başqa heç nə deməyib. Bəzi mətbuat orqanları onun yoldaşına, ailəsinə istinadən azadlığa buraxıldığını yazırlar. Bu, yalandır”.
Ə. Hüseynov qardaşının və Xalidə Xalidin azadlığa buraxılması üçün Xarici İşlər Nazirliyinə, Azərbaycanın İrandakı konsulluğuna, İranın Azərbaycandakı səfirliyinə müraciət etdiklərini deyib.