Vaqif Cavadov “İnter” klubundan ayrıla bilər

Vaqif Cavadov “İnter” klubundan ayrıla bilər
# 14 may 2014 11:22 (UTC +04:00)

Bakı – APA. “Rusiyadan təkliflər olsa da, bunlar konkret deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun hücumçusu Vaqif Cavadov deyib.

Millimizin də üzvü olan hücumçu başqa kluba keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib: “Xaricdə oynamağa hazıram. Konkret təklif olsaydı, dəqiq nəsə deyə bilərdim. Amma menecerlər bu barədə danışıq aparırlar. Ola bilər ki, yenidən legioner həyatı yaşayım. Sadəcə, hələlik dəqiq deyil. “Rubin”dən mənə təklif gəlməyib. O, klubdan heç kəs mənimlə əlaqə saxlamayıb”.

Cavadov “Xəzər Lənkəran”ın onu istəməsi haqqında isə bunları deyib: “Xəzər Lənkəran”ın məni istəməsindən xəbərim yoxdur. Rəsmi təklif də göndərməyiblər. Mustafa Dənizli “Qəbələ” ilə oyunumuzu izləyib. Amma inanmıram ki, o, həmin oyuna mənə görə gəlib. Çünki Vaqif Cavadovun oyununu bütün Azərbaycan görür və bilir. Hər hansı bir oyuna baxmağa ehtiyac yoxdur. Onsuz da çempionat ərzində bütün baş məşqçilər bizim oyunlarımıza baxırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR