Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

 Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır
# 05 avqust 2013 09:51 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi xəbərə görə, cənub-qərb küləyi əsəcək. Temperatur gecə 18-23, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da avqustun 6-da əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin günün birinci yarısında Böyük Qafqazın bəzi şimal və şərq rayonlarında qısa müddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR