Azərbaycanlı Aygün Attar Türkiyədə “İlin rektoru” seçilib

Azərbaycanlı Aygün Attar Türkiyədə “İlin rektoru” seçilib
# 22 fevral 2014 15:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Siyasətdə və İqtisadiyyatda 2023 Vizyon jurnalının hər il oxucuları arasında keçirdiyi səsvermə əsasında təşkil edilən “İlin Ən-ləri” müsabiqəsində Giresun Universitetinin rektoru prof. Dr. Aygün Attar “İlin ən müvəffəqiyyətli rektoru” seçilib.

APA-nın məlumatına görə, Ankaranın “Rixos” otelində gerçəkləşən mükafatlandırma mərasimində əvvəlcə A.Attarın işgüzar fəaliyyəti barədə qısaca məlumat verilib. Bildirilib ki, A.Attar 2007-ci ildən etibarən müxtəlif akademik fəaliyyətindən sonra əvvəlcə dekan, 2010-cu ildə rektor köməkçisi, 2012-ci ildə isə prezident Abdullah Gülün sərəncamı ilə rektor vəzifəsinə təyin edilib.

Tədbirdə çıxış edən Türkiyənin daxili işlər naziri Efkan Ala A.Attarı məsuliyyətli, yüksək idarəçilik qabiliyyətinə malik, həm giresunlular, həm də tələbələri tərəfindən sevilən qadın adlandırıb.

A.Attar isə Azərbaycanda dünyaya gəlməyin, bu torpağın yetirməsi, Türkiyə Cümhuriyyətinin vətəndaşı olmağın hədsiz qürur duyduğunu bildirib. O, cəmiyyətdə qadınların üzləşdiyi problemlərə də toxunub: “Türkiyənin tanıdılması üçün ən önəmli şeylərdən biri qadına şiddətin qarşısını almaq üçün Qadın Araşdırma Mərkəzləri qurmağa nail olduq. Bu il UNESCO qadın problemləri bölməsini açmaq üçün Türkiyədəki bir çox universitet arasından bizim universiteti seçib. Buna görə qürur duyuruq. Siyasət həyatında qadını daha çox görmək üçün onlara daha artıq fürsət verək. Seçkilərdən əvvəl və sonra birlikdə güclü, qüvvətli Türkiyə üçün, tək millət, tək dövlət, tək bayraq altında var olmaq üçün hamımız birlikdə çalışaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR