Bakıda dələduzluğa görə axtarışda sabiq müstəntiq tutulub - YENİLƏNİB

Bakıda dələduzluğa görə axtarışda sabiq müstəntiq tutulub - <span style="color: red;">YENİLƏNİB
# 23 oktyabr 2013 08:31 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ələmşah Şükürov tutulub.

APA-nın əldə etdiyi məlumata görə, həbs edilən Ələmşah Şükürov sabiq prokurorluq işçisidir. O, 2009-cu ildə prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və "Prokurorluq işçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric edilib.

Elə həmin il Ə. Şükürov barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədildikdə ) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sabiq müstəntiq xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq yararlanmaqla vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib və bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurub.

Lakin Ə.Şükürova irəli sürülən ittihamlar sübuta yetirilməyib. Məhkəmə qeyd olunan maddələrdə Ə.Şükürova bəraət verib. Ə.Şükürovu CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edərək, onun barəsində şərti cəza təyin edib və məhkəmə zalından azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR