Ramazan bayramı ilə əlaqədar gələn həftə Azərbaycanda dörd gün iş olmayacaq - VİDEO

Ramazan bayramı ilə əlaqədar gələn həftə Azərbaycanda dörd gün iş olmayacaq - <span style="color: red;">VİDEO
# 03 avqust 2013 10:58 (UTC +04:00)

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bayramla əlaqədar olaraq gələn həftənin cümə axşamı və cümə günləri Azərbaycanda qeyri-iş günüdür.

Bayram günləri həftənin sonuna düşdüyündən, şənbə və bazar günləri də nəzərə alınmaqla Azərbaycanda 4 gün iş olmayacaq.

Nazirlər Kabinetinin qərarı ilə 15 və 16 oktyabr tarixləri isə Qurban bayramı günü kimi qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər də iş günü hesab edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR