Rövnəq Abdullayev: «Azərbaycanın gələcəyi qazla bağlıdır» - YENİLƏNİB

Rövnəq Abdullayev: «Azərbaycanın gələcəyi qazla bağlıdır» - <span style="color: red;">YENİLƏNİB
# 28 dekabr 2013 14:42 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev 2013-cü ilin yekunları ilə bağlı bu gün keçirilən tədbirdə bildirib: «Azərbaycanın gələcəyi qazla bağlıdır və ölkədəki qaz infrastrukturunu inkişaf etdirməliyik».


Onun sözlərinə görə, bu gün ARDNŞ Xəzər dənizindəki «Babək» və «Asiman» qaz yataqlarına satış üçün tərəfdaş axtarır: «Bu tərəfdaşlar tapılacaq. Bu tərəfdaşlar tapılmasa, bu qaz anbarlarının əhəmiyyəti olmaz».


ARDNŞ prezidenti Gürcüstan, Türkiyə, Rumıniya və İsveçrədə həyata keçirilən layihələr barədə də danışıb. Türkiyədə iki ildən sonra zavodun «Star» neft emalı zavodunun tikintisinin yekunlaşacağını vurğulayan şirkət rəhbəri ARDNŞ-in Gürcüstanda ən böyük investor olduğunu qeyd edib.

«Gələn il Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayını artıracağıq. İsveçrədə aldığımız yanacaqdoldurma məntəqələrinin rebrendinqini isə artıq yekunlaşdırmışıq. Məqsədimiz ölkəmizin adını daha da yüksəklərə qaldırmaqdır», - R.Abdullayev bildirib.

Qeyd edək ki, tədbirin sonunda ARDNŞ prezidenti R.Abdullayev neft sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan prezidentinin sərəncamı ilə medal və ordenlə təltif olunmuş neftçilərə mükafatlarını təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR