Xaçmazda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb

Xaçmazda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb
# 10 fevral 2014 07:58 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Ötən gün Xaçmaz rayonu ərazisində zəncirvari qəza baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 17-ci kilometrliyində, Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasının Ordubad şəhər sakini, 1982-ci il təvəllüdlü Quliyev Elşad Aslan oğlunun idarə etdiyi “Toyota” markalı, 90 FE 404 dövlət nömrə nişanlı avtomaşınla əks istiqamətdə hərəkətdə olan 1984-cü il təvəllüdlü, Siyəzən rayonu, Məşrif kənd sakini Məmmədov Fərid Əvəz oğlunun idarə etdiyi “VAZ 21 074” markalı avtomaşınla toqquşub. Daha sonra “VAZ 2107” idarəetməni itirərək 1987-ci il təvəllüdlü Bakı şəhər sakini Süleymanov Kərim Allahverdi oğlunun idarə etdiyi “Toyota” markalı, 90 KE 585 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəyib.

Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Siyəzən rayon sakinləri - 1990-cı il təvəllüdlü Səfərov Fuad Cavad oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Fərid Əvəz oğlu və 1986-cı il təvəllüdlü Məmmədov Zaur Əvəz oğludur. Onlardan ikisi ilkin tibbi yardımdan sonra evə buraxılıb. F.Səfərov isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında stasionar qaydada müalicə olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR