Bakıda qətl törədilib

Bakıda qətl törədilib
# 23 aprel 2014 06:53 (UTC +04:00)

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Azər Sabir oğlu Mirzəyev şəxsi münasibətlər zəminində Buzovna qəsəbə sakini, 1988-ci il təvəllüdlü Nadir Əli oğlu Məlikovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən A. Mirzəyev saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR