İmişli rayonunda silahlı insident olub

İmişli rayonunda silahlı insident olub
# 22 avqust 2013 10:21 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də İmişli rayonunun Muradxanlı kənd sakini Vahid Həmidov xuliqanlıq zəminində həmkəndlisi Müqtədir Həmidov istiqamətində havaya tüfəngdən atəş açıb. M. Həmidov alın nahiyəsindən qırma xəsarəti ilə xəstəxanaya gətirilib, ona ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində V.Həmidovdan müvafiq sənədləri olan 1 ədəd “İJ-27” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR