Emin Ağalarov: “World Music Awards” mükafatını almağım ilk növbədə Azərbaycanın, daha sonra Rusiyanın uğurudur” - FOTO - VİDEO

Emin Ağalarov: “World Music Awards” mükafatını almağım ilk növbədə Azərbaycanın, daha sonra Rusiyanın uğurudur” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 iyun 2014 13:08 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bəstəkar-müğənni Emin Ağalarov “World Music Awards” mükafatı alması münasibətilə mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, müğənni media nümayəndələrinin suallarına cavab verərkən bildirib ki, mükafat Azərbaycan musiqisinin uğurudur: “Bu, əslində hamımızın mükafatıdır. Mükafatı qazanmaq mənim üçün gözlənilməz oldu. Çünki məni həmin konsertə qonaq kimi çağırmışdılar. Sadəcə, mahnı oxumalı idim. Bu mükafat ilk növbədə Azərbaycanın, daha sonra Rusiyanın uğurudur. Konsertdə mahnıları canlı ifa etdiyim üçün çox həyəcanlı idim. Mükafatı xalq artisti Müslüm Maqomayevə həsr edirəm”.

Xatırladaq ki, E.Ağalarov “World Music Awards” mükafatına mayın 27-də layiq görülüb. Monakoda baş tutan gecədə dünyanın məşhur ulduzlar Beyons, Meray Keri, Mayli Sayrus, Pamela Anderson və başqaları iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR