Azərbaycan sənaye istehsalını təxminən 2% artırıb

Azərbaycan sənaye istehsalını təxminən 2% artırıb
# 19 dekabr 2013 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 30,8 mlrd. manat təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünün səviyyəsini 1,7% üstələyir.

Qeyri-neft bölməsində 3,2%-lik, neft bölməsində isə 1,3%-lik artım müşahidə olunub. Sənaye məhsulunun 74,2%-i mədənçıxarma, 20,1%-i emal, 5,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,5%-ni təşkil edib, ümumi istehsalın 93,2%-i sənaye mallarının (əmtəələrin) istehsalı, 6,8%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR