Sabirabad sakininin həyətində külli miqdarda narkotik tərkibli bitki aşkar edilib - VİDEO

Sabirabad sakininin həyətində külli miqdarda narkotik tərkibli bitki aşkar edilib - <span style="color: red;">VİDEO
# 11 iyun 2014 14:35 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad sakininin həyətində narkotik tərkibli çətənə kolları əkib-becərdiyi məlum olub.

Sabirabad Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, polis əməkdaşlarının “Xaş-Xaş-2014” şərti adı ilə keçirilən əməliyyat tədbirləri nəticəsində Sabirabad sakini 1975-ci il təvəllüdlü Mirzəyev Cəlal Nəzər oğlunun yaşadığı M.Müşfiq küçəsi, ev 74 ünvanındakı həyətyanı sahədə yerləşən sahəsi 160 kv. metrə yaxın istixanadan 2 metr hündürlükdə 25 ədəd, ümumi çəkisi 54 kq olan narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin istixanada ümumi çəkisi 2,2 kq olan qurudulmuş marixuana və evin həyətində olan yardımçı otaqdan avtomobillər üçün 3 cüt müxtəlif seriyalı dövlət nömrə nişanları aşkar edilib.

Adı çəkilən şəxs istintaqdan yayındığı üçün onun tutulması istiqamətində Sabirabad RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR