Misirdə polis məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 18 nəfər yaralanıb

Misirdə polis məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 18 nəfər yaralanıb
# 24 iyul 2013 04:50 (UTC +04:00)

Bakı-APA. Misirin Mənsurə şəhərində polis məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 18 nəfər yaralanıb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, partladıcı qurğunu polis məntəqəsinə avtomobildə hərəkət edən naməlum şəxslər atıb. Yaralananların əksəriyyətini polis əməkdaşları təşkil edir.

Qeyd edək ki, bundan bir gün öncə Qahirədə keçmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə əleyhdarları arasında baş vermiş qızğın toqquşmalarda 9 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR