Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş “Beşikdən əbədiyyətə qədər” filminin premyerası olub - FOTOSESSİYA

Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş “Beşikdən əbədiyyətə qədər” filminin premyerası olub - <span style="color: red;">FOTOSESSİYA
# 13 noyabr 2013 04:32 (UTC +04:00)

APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva filmin premyerasında iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Filmin nümayişindən əvvəl M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskayanı və Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçi və tədbir iştirakçılarını salamlayıblar.

Gənc rejissor Mehdi Məmmədovun çəkdiyi filmin mətni Müslüm Maqomayevin memuarları əsasında yazılıb.

SSRİ Xalq Artisti Tamara Sinyavskaya filmin ərsəyə gəlməsində bütün əməyi olanlara dərin təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, Müslüm Maqomayevi yaxından görməmiş filmin rejissoru onun ərsəyə gəlməsində böyük zəhmət çəkib və nəticədə uğurlu bir əsər yaradıb.

Sənətkarın xanımı qeyd edib ki, filmdə onların gənclik dövrünü əks etdirən kadrlar ona xoş təsir bağışlayıb. T.Sinyavskaya deyib ki, Azərbaycan onun üçün doğma və əziz ölkədir.

Sonda bəstəkar-müğənni Emin Ağalarov Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR