Dünya Çempionatı: Almaniya və ABŞ 1/8 finala keçib - VİDEO

Dünya Çempionatı: Almaniya və ABŞ 1/8 finala keçib - <span style="color: red;">VİDEO
# 26 iyun 2014 20:55 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, G qrupunda 2 almaniyalı baş məşqçinin çalışdığı komanda üz-üzə gəlib. Millimizin çalışdırıcısı Berti Foqtsun müşaviri olduğu Yürgün Klinsmannın işlədiyi ABŞ yığması gözəl oyununu Yöahim Lövün Almaniyası üzərində də göstərməyə çalışıb. Qələbə qazanan tərəf 1/8 finala qrupun qalibi kimi yollanıb. Bu komanda Almaniya olub, Almanlar Müllerin 55-ci dəqiqədə vurduğu yeganə qol sayəsində qrupun qalibi olublar.

Portuqaliya ilə Qana isə nəzəri şansları üçün mübarizə aparıblar. Daha çox top fərqi ilə qalib gələn tərəf 1/8 finala çıxa bilərdi. Portuqaliya bu oyunda qalib gəlib. Amma 2:1 hesablı qələbə Ronaldonun komandasına qrupdan çıxmağa kömək etməyib. Portuqaliyalılar top fərqində ABŞ-a uduzduqlarından, növbəti mərhələyə Şimali Amerika təmsilçisi çıxıb.

G qrupu


ABŞ – Almaniya - 0:1
Qol: Müller, 55

Portuqaliya - Qana - 2:1
Qollar: Boye, 31(avtoqol); Ronaldo, 80 - Qyan, 57

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR