Litvalı biznesmen: “Gömrük işində İKT-nin tətbiqi sahəsində Azərbaycan ciddi inkişaf yolu keçib”

Litvalı biznesmen: “Gömrük işində İKT-nin tətbiqi sahəsində Azərbaycan ciddi inkişaf yolu keçib”
# 06 may 2013 15:44 (UTC +04:00)

Qəbələ. Əli Əhmədov - APA-Economics. Gömrük işində İKT-nin tətbiqi sahəsində Azərbaycan ciddi inkişaf yolu keçib. APA-Economics”in xəbərinə görə, bunu Qəbələdə Dövlət Gömrük Komitəsinin (DGK) təşkilatçılığı ilə keçirilən «E-hökumət: Gömrük sahəsində innovasiyalar» mövzusunda V beynəlxalq elmi-praktik konfransda iştirak edən Litvanın «İnfobalt» İKT şirkətinin prezidenti Vitautas Vitkauskas jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycan gömrük xidməti İKT-nin tətbiqi sahəsində regionda aparıcı mövqedədir: «Bunun ən bariz nümunəsi odur ki, Azərbaycanın gömrük xidməti, ümumiyyətlə, regionda yeganə gömrük xidmətdir ki, bunu çox səmərəli şəkildə istifadə edir. Xüsusilə də “bir pəncərə” prinsipinin tətbiqində gömrük xidməti yaxşı inkişaf yolu keçib. Düşünürəm ki, bu günkü konfransda biz də bu sahədəki təcrübədən yararlanacağıq».

Vitautas Vitkauskas qeyd edib ki, xüsusilə də risklərin idarə olunması və biznesə xüsusi üsulların tətbiq olunmasında İKT-nin tətbiqinin böyük faydası ola bilər: “Azərbaycan xalqı üçün DGK-nın tətbiq etdiyi yeni texnologiyaların bir sıra faydaları olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR