Təbrizin “Traktorsazi” komandası Asiya Çempionlar Liqasında ilk oyununda qələbə qazanıb

Təbrizin “Traktorsazi” komandası Asiya Çempionlar Liqasında ilk oyununda qələbə qazanıb
# 26 fevral 2014 17:58 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, Təbriz klubu bu gün saat 16:30-da “Səhənd” stadionunda Səuidiyyə Ərəbistanının “əl-İttihad” komandasını qəbul edib. Qarşılaşmanın ilk hissəsi bərabər mübarizə şəraitində keçib, hətta “Traktorsazi” oyunu azlıqda davam etdirib. Belə ki, Təbriz komandasının oyunçusu Əli Kərimi 59-cu dəqiqədə ikinci sarı kart almaqla qırmızı vərəqə ilə cəzalandırılıb və matçdan kənarlaşdırılıb. Ancaq bununla belə, Toni Oliveyranın yetirmələri oyundan üç xalla ayrılmağa nail olublar. Qarşılaşmanın 82-ci dəqiqəsində Kərim Ənsarifərd Təbriz komandasına qələbə gətirən yeganə qola imza atıb – 1:0. Qarşılaşmanı 50 min azarkeş izləyib.

Qeyd edək ki, Təbriz klubunun Asiya Çempionlar Liqasının C qrupundakı digər rəqibləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin futbol komandalarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR