Konqonun paytaxtında 40-dək silahlı zərərsizləşdirilib

Konqonun paytaxtında 40-dək silahlı zərərsizləşdirilib
# 30 dekabr 2013 17:58 (UTC +04:00)

Bakı-APA. Konqonun paytaxtı Kinşasada təhlükəsizlik qüvvələri beynəlxalq aeroport, hərbi baza və dövlət televiziyasına hücum edən 40-dək silahlını məhv edib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə hökumətin nümayəndəsi Lambert Mende.

Onun sözlərinə görə, aeroport yaxınlığında 16, hərbi baza yaxınlığında 16, teleşirkətin binasında isə 8 silahlı öldürülüb.

“Mülki əhali və təhlükəsizlik qüvvələri arasında itki yoxdur”, deyə Mende vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Kinşasada qızğın döyüşlər baş verib. Ordu və polis qüvvələrinə qarşı dövlət çevrilişinə cəhd etmiş dini lider Pol Jozef Mukunqubilanın tərəfdarları çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR