Qərb İranı nüvə proqramı ilə bağlı tam izahat verməyə çağırıb

Qərb İranı nüvə proqramı ilə bağlı tam izahat verməyə çağırıb
# 06 mart 2014 11:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ və Qərb ölkələri martın 5-də İranı nüvə proqramı ilə bağlı tam izahat verməyə çağırıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, onlar bunu İranın nüvə məsələsinin həlli üçün əsas açar hesab edirlər. Qərb bunu İranın nüvə silahı istehsal edib-etməməsini öyrənmək üçün istəyir.

ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsi Cozef Makmanus AEBA İdarə Heyətinin iclasında çıxışı zamanı bildirib ki, İran nüvə proqramının mümkün hərbi ölçüləri ilə bağlı dünya ictimaiyyətinin narahatlığını aradan qaldırmalıdır: “Bu məsələnin həlli üçün uzunmüddətli nüvə razılaşmasına nail olmaq çox vacibdir”.

Eyni zamanda Avropa Birliyinə üzv 28 ölkə İranın nüvə proqramı ilə bağlı birgə bəyanatla çıxış edib. Sənəddə İrandan nüvə proqramının mümkün hərbi ölçülərinin aydınlaşdırılması üçün rəsmi Tehranın AEBA ilə tam əməkdaşlıq etməsi və bütün sənədlərə, obyektlərə və şəxslərə çıxış imkanı üçün icazə verməsi tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR