Bakıda Beynəlxalq Atçılıq Federasiyasının tədbiri keçiriləcək

Bakıda Beynəlxalq Atçılıq Federasiyasının tədbiri keçiriləcək
# 19 iyun 2014 11:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu il dekabr ayının 14-də Bakıda Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) tədbiri keçiriləcək.

APA-nın məlumatına görə, dünyanın müxtəlif ölkələrindən milli federasiyaların 350-dən artıq nümayəndəsinin iştirakı ilə keçiriləcək tədbirdə FEİ tərəfindən atçılıq idman növü üzrə ilin qalibləri mükafatlandırılacaq.

Tədbirə FEİ prezidenti Ülyahəzrət şahzadə Haya bin əl Hüseynin də qatılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR