Biləsuvarda 8 otaqlı evdə yanğın olub

Biləsuvarda 8 otaqlı evdə yanğın olub
# 19 noyabr 2013 19:41 (UTC +04:00)

Bakı-APA. Biləsuvarda axşam saatlarında yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Nəsimikənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan birmərtəbəli 8 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR