Bakıda avtomobil təmiri emalatxanasında yanğın baş verib - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda avtomobil təmiri emalatxanasında yanğın baş verib  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 18 mart 2014 23:08 (UTC +04:00)

Yanğın nəticəsində profilaktoriyanın 300 kv.m. sahəsi yanıb.

Yanğınını səbəblərinə dair müxtəlif versiyaların olduğu bildirilir. Onlardan birinə əsasən, obyektin yaxınlığında qalanan bayram tonqalından taxta konstruksiyalı dam örtüyünə alov düşüb.

Hadisə nəticəsində “BMV” markalı avtomobilin qismən yandığı bildirilir.

Hazırda yanğın söndürülüb, yanğının səbəbləri araşdırılır.

**** 01.33

Bakıda yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, Bakının Binəqədi rayonu ərazisində, Naxçıvani 27 ünvanında yerləşən avtomobil dayanacağında güclü yanğın baş verib. Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 8-dən çox yanğınsöndürən briqadası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR