Bakıda keçirilən I Azərbaycan ətraf mühit forumunun bəyannaməsi qəbul olunub

Bakıda keçirilən I Azərbaycan ətraf mühit forumunun bəyannaməsi qəbul olunub
# 18 mart 2014 15:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakıda keçirilən I Azərbaycan ətraf mühit forumunun

bəyannaməsi qəbul olunub. APA-nın xəbərinə görə, bəyannamədə qeyd olunub ki, Azərbaycanda həyata keçirilən ekologiya siyasəti, “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasının fəaliyyət istiqamətlərini rəhbər tutaraq QHT-lərin şəbəkələşməsinə və ortaq layihələrin həyata keçirilməsinə, problemlərin həlli yollarının müəyyənləşdirilməsi proseslərinə töhfələr verməyə çalışaraq, əməkdaşlığın bütün səviyyələrində həmrəyliyin zəruriliyini nəzərə alaraq, ətraf mühitin mühafizəsi sahəsində göstərilən səylərin dəstəklənməsi üçün yaranmış ekoloji problemlərin və təhlükələrin qlobal xarakter aldığını nəzərə alaraq, onların həlli yollarının xüsusi diqqət tələb etdiyi təsdiqlənib.

Bundan əlavə, ətraf mühitin mühafizəsi sahəsində bir çox ölkələrin, o cümlədən Azərbaycanın uğurlarını etiraf edib və dövlət siyasətinin əsas tərkib hissəsi kimi qazanılmış təcrübənin öyrənilməsini zəruri sayılıb. Təbiətdən səmərəli istifadə mədəniyyətinin formalaşdırılması məqsədilə ekoloji problemlərin kütləvi informasiya vasitələrində işıqlandırılmasının vacibliyini xüsusi qeyd edərək bəyannamədə davamlı inkişaf prinsiplərinin tətbiqinin zəruriliyini vurğulanıb, bütün dövlət və özəl təşkilatları ekoloji sivilizasiyanın və ekoloji etikanın tələblərinə cavab verən fəaliyyət və həyat tərzinin formalaşdırılmasına dəvət edilib.

“Ekoloji vəziyyətin yaxşılaşdırılması və həyat keyfiyyətinin yüksəldilməsi üçün birgə tərəfdaşlığın və ortaq fəaliyyət proqramının zəruriliyini dərk edirik. Ətraf mühitin mühafizəsi və təbiətdən istifadə problemlərinin həllində inkişaf əldə etmək məqsədilə dövlət və beynəlxalq, həmçinin müxtəlif ekoloji təşkilatları mütəmadi olaraq forum, konfrans, aksiya, təlim, diskussiya və dəyirmi masalar keçirməyə çağırırıq. Bu qəbildən forumların hər il keçirilməsinin vacibliyini təsdiq edirik”, - deyə bəyannamədə əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR