Azərbaycanın sənaye məhsullarının istehsalçı qiymətləri 1,2% ucuzlaşıb

Azərbaycanın sənaye məhsullarının istehsalçı qiymətləri 1,2% ucuzlaşıb
# 14 aprel 2014 14:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında Azərbaycanın sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,2%, o cümlədən mədənçıxarma sənayesi üzrə 1,4%, emal sənayesi üzrə isə 0,3% aşağı düşüb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin mart ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 1,4%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 0,2% ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə isə 3,0% bahalaşıb.

Mart ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 2,0%, poliqrafiya fəaliyyəti üzrə 1,9%, toxuculuq sənayesi üzrə 1,6%, metallurgiya sənayesi üzrə 1,5%, neft məhsullarının istehsalı və içki istehsalı üzrə 0,6%, maşın və avadanlıqların istehsalı üzrə 0,5% ucuzlaşıb, qida məhsullarının istehsalı üzrə 2,0%, tikinti məmulatlarının istehsalı üzrə 0,6%, mebel istehsalı üzrə 0,3%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2%, geyim istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR