Azərbaycanda MDB PA-nın büdcəsi müzakirə olunacaq

Azərbaycanda MDB PA-nın büdcəsi müzakirə olunacaq
# 12 mart 2014 13:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Sabah Azərbaycan Milli Məclisində MDB Parlamentlərarası Assambleyasının Büdcə nəzarəti komissiyasının iclası keçiriləcək.

Parlamentdən APA-ya verilən məlumata görə, tədbirdə komissiyanın 2013-cü ildə fəaliyyətinin yekunları, MDB PA-nın 2014-cü il üçün iş planı, “MDB PA-nın fəaliyyətinin maliyyələşdirilməsi haqqında” qərar layihəsi müzakirə olunacaq, maliyyə və təşkilati məsələlərə baxılacaq.

İclasda həmçinin MDB dövlət başçıları Şurası və hökumət başçıları Şurası tərəfindən qəbul edilmiş dövlətlərarası sənədlərin qüvvəyə minməsi üçün görülən işlər, MDB Gənclər təşkilatının keçirdiyi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Yığıncaqda Azərbaycanın sosial-iqtisadi vəziyyəti, demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutun Bakı filialının fəaliyyəti barədə məruzələr dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR