Gürcüstan paytaxtında TAP layihəsinin tikintisi ilə bağlı şirkət aksionerlərinin görüşü keçirilib - FOTO

Gürcüstan paytaxtında TAP layihəsinin tikintisi ilə bağlı şirkət aksionerlərinin görüşü keçirilib - <span style="color: red;">FOTO
# 23 aprel 2014 20:16 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə TAP layihəsinin Direktorlar Şurasının sədri, “Statoil” şirkətinin vitse prezidenti Ketil Tunqland, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirak edib.

Görüşdə tərəflərin qaz kəməri tikintisinin həyata keçirilməsində Gürcüstanla əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə qeyd olunub ki, layihənin gerçəkləşməsi sayəsində qaz Xəzər regionundan İtaliyaya, sonra isə Qərbi Avropaya ötürüləcək. Məlumata görə, ilk ildə layihənin gücü 10 milyard kubmetr, sonrakı illərdə 20 milyard kubmetr təbii qaz ötürməyə çatdırılacaq.

Qeyd edək ki, TAP layihəsi tikintisinin şirkət aksionerləri “Statoil”, SOCAR, BP-i və başqa şirkətlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR