Şimali Koreya sərhədçiləri Rusiyanın balıqçı gəmisini atəşə tutub

Şimali Koreya sərhədçiləri Rusiyanın balıqçı gəmisini atəşə tutub
# 21 sentyabr 2013 04:26 (UTC +04:00)

Bakı-APA. Şimali Koreyanın sahil mühafizəsi Rusiyanın balıqçı gəmisini atəşə tutub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə Yapon dənizində baş verib.

“Altay” gəmisinin kapitanı bildirib ki, Şimali Koreya sərhədçiləri heç bir xəbərdarlıq etmədən avtomat silahlardan gəmiyə atəş açıb.

Gəmidə axtarış aparıb, kapitanı sorğu-sual etdikdən sonra sərhədçilər rusiyalı balıqçıları sərbəst buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR