Faiq Qarayev millidə dəyişiklik edib

Faiq Qarayev millidə dəyişiklik edib
# 26 may 2014 10:10 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Faiq Qarayev ilk dəfə qatılacağımız Avropa Liqası üçün ilkin heyətə 20 oyunçunun adını daxil edib.


Belə ki, təcrübəli mütəxəssis iyunun 6-da start götürəcək yarış üçün ciddi dəyişiklik etməyib. O, Avropa çempionatının II təsnifat mərhələsi üçün açıqladığı “19-luğa” yalnız 1 əlavə edib. Qarayev yekun heyət üçün gənclər millimizin aparıcı blokçusu, “Azərreyl”in voleybolçusu 21 yaşlı Kseniya Pavlenkoya da dəvət göndərib. Beləliklə, ilkin siyahı aşağıdakı kimidir:

Avropa Liqası üçün ilkin heyət:

Ceyran Əliyeva, Kseniya Kovalenko, İrina Makarenko, Anastasiya Qurbanova, Oksana Parxomenko, Odina Əliyeva, Ayşən Abduləzimova, Yelena Parxomenko, Natəvan Qasımova, Natalya Məmmədova, Yana Ağayeva, Yekaterina Jidkova, Valeriya Korotenko, Ülkər Kərimova, Şəfaqət Həbibova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova, Aleksandra Prupas və Kseniya Pavlenko.

Hazırda Avropa çempionatının II təsnifat mərhələsinin II dövrəsi üçün Bakıda hazırlığını davam etdirən komandamız mayın 31-də son qarşılaşmanın səhəri liqa oyunlarının təlim-məşq toplanışına start verəcək. Yekun heyətin, “12-liy”in isə məhz iyunun əvvəlində dəqiqləşəcəyi gözlənilir. Avropa Liqasında komandamızın liderlərsiz oynayacaqları da istisna deyil.

Qeyd edək ki, millimiz Avropa Liqasında ilk matçını seçmə mərhələdə əsas rəqibi olan Bolqarıstana qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR