Ukrayna Xerson yaxınlığında Rusiya hərbi desant qrupunun enməsinin qarşısının alındığını bildirib

Ukrayna Xerson yaxınlığında Rusiya hərbi desant qrupunun enməsinin qarşısının alındığını bildirib
# 15 mart 2014 22:39 (UTC +04:00)

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Ukrayna XİN məlumatına əsasən, Krımın bilavasitə yaxınlığında yerləşən “Arabatski strelka” adlanan əraziyə Rusiyanın 80-dək hərbçisi 4 döyüş helikopterin və 3 ədəd zirehli texnikanın dəstəyi ilə enməyə çalışıb.

Ukraynanın Müdafiə Nazirliyi qeyd edir ki, desant cəhdinin dərhal qarşısı alınıb. Bunun üçün aviasiya, quru qoşun və hava desantının istifadə olunduğu bildirilir.

Ukrayna XİN Moskvaya sərt etiraz bildirərək, vurğulayıb ki, ölkə Rusiya tərəfindən hərbi müdaxilənin qarşısını almaq üçün lazımi addımların atılması hüququnu özündə saxlayır.

Rusiya tərəfi hələlik Ukrayna XİN bəyanatına heç bir şərh verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR