Müdafiə Nazirliyi Fətullah Gülənin telefon danışığında Zakir Həsənov barədə səsləndirilən fikirlərə münasibət bildirib - VİDEO

Müdafiə Nazirliyi Fətullah Gülənin telefon danışığında Zakir Həsənov barədə səsləndirilən fikirlərə münasibət bildirib - <span style="color: red;">VİDEO
# 19 fevral 2014 08:39 (UTC +04:00)

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

«Müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb, bunu təxribat kimi qiymətləndiririk», - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün «Youtube» şəbəkəsində yer alan telefon danışığının video yazısında oktyabr ayında Azərbaycanda müdafiə naziri postuna təyinatdan bəhs edilir.

Hidayət Karaca adlı şəxs Bakıya səfər edərək müdafiə nazirinə yeni vəzifəyə təyinatla bağlı «xeyir-dua» vermək istədiklərini bildirib. Lakin Azərbaycanın bəzi mətbuat orqanları F. Gülənlə telefon danışığını Mustafa Günay adlı şəxsin apardığını yazıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR