Azərbaycanın Bəhreyndəki səfiri etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər üzrə Dövlət nazirinə təqdim edib - FOTO

Azərbaycanın Bəhreyndəki səfiri etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər üzrə Dövlət nazirinə təqdim edib - <span style="color: red;">FOTO
# 14 aprel 2014 16:40 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı səfiri Rasim Rzayev etimadnaməsinin surətini Bəhreyn Krallığının Xarici İşlər üzrə Dövlət naziri Ğanim Fadhul Al Buaynayna təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət naziri səfiri yeni təyinatı münasibəti ilə təbrik edərək, Azərbaycan və Bəhreyn arasında münasibətlərinin ənənəvi dostluq xarakteri daşıdığını xüsusi vurğulayıb. O, səfirin bu vəzifədə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı üçün diplomatik xidmət sahəsindəki təcrübəsindən istifadə edəcəyinə əmin olduğunu bildirib.

Öz növbəsində, səfir R. Rzayev diplomatik fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətlərinin, işgüzar əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR