Nazir müavini: «Azərbaycanda internetin qiymətinin qaldırılacağı ilə bağlı xəbərlər şayiədir»

 Nazir müavini: «Azərbaycanda internetin qiymətinin qaldırılacağı ilə bağlı xəbərlər şayiədir»
# 08 noyabr 2013 10:41 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunun jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib: «Hazırda internetin qiymətinin aşağı salınması istiqamətində işlər davam etdirilir».

E.Vəlizadənin sözlərinə görə, ölkədə internet xidmətlərindən istifadənin genişləndirilməsi ilə bağlı uzun illərdir kompleks işlər görülür: «Azərbaycanın siyasəti buna yönəlib ki, internetin istifadəsi genişlənməlidir və internet istifadəçilərinə daha geniş istifadə imkanları yaradılmalıdır. Daha çox əhalimiz internetdən bəhrələnməlidir».

Nazir müavini qeyd edib ki, Azərbaycanda bu siyasət bu gün də davam etdirilir: «Bu siyasətin tərkib hissəsi ölkəyə yeni texnologiyaların gətirilməsindən ibarətdir. Eyni zamanda, internet qiymətlərinin daim aşağı salınması ilə bağlı mütəmadi işlər gedir. Hazırda da internet provayderləri ilə görüşlər keçirilir. İnternetin qiymətinin aşağı salınması istiqamətində aparılan işlər bundan sonra da davam etdiriləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR