Nazir: “İnternetdə insan ləyaqətinə toxunulması, insanların təhqir olunması halları geniş vüsət alıb”

Nazir: “İnternetdə insan ləyaqətinə toxunulması, insanların təhqir olunması halları geniş vüsət alıb”
# 17 may 2013 11:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Azərbaycan baş prokurorunun Milli Məclisə təklif etdiyi internet resurslarında təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan müraciətini dəstəkləyirik”. APA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması sahəsində bir sıra layihələr həyata keçirilir: “Bütün dünyada informasiya təhlükəsizliyi böyük problemə çevrilib. Amma buna baxmayaraq, Azərbaycanda bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. İnformasiya təhlükəsizliyinin elmi və texnoloji dəstəyi sahəsindəki tədbirlər də bu çərçivəyə aiddir”.

Ə.Abbasovun sözlərinə görə, internetdə insan hüquqlarının qorunması, həmçinin insanları təhqirlərdən qorunması bütün dünyada aktual məsələdir: “İnternet elə inkişaf edib ki, artıq bu sadə infrastruktur deyil, demək olar ki, ölkənin bütün iqtisadi ictimai mədəni fəaliyyətimizin virtual məkanıdır. Bu sahədə insan hüquqlarının qorunması, həmçinin insanların təhqirlərdən qorunması bütün dünyada aktual məsələdir. Son vaxtlar müxtəlif internet resurslarında insan ləyaqətinə toxunulması, insanların təhqir olunması halları geniş vüsət alıb. Bu da insanlar arasında fəsadlara və münasibətlərin pozulmasına gətirib çıxarır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR