ETSN çaylarda və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb

ETSN çaylarda və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb
# 30 dekabr 2013 13:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-200, Kiçik Qafqazın çaylarında 110-160, Lənkəran-Astara bölgəsi çaylarında 40-70, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, dekabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 105 m3/s, ongünlük normanın 72 faizini təşkil edir.

Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda 7, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Salyanda 5 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 462 sm, Şirvanda 349 sm, Salyanda 320 sm, Bankədə 255 sm, Araz çayının Novruzlu məntəqəsində isə 213 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR