Lənkəranda yük və minik avtomobili toqquşub, bir nəfər ölüb - VİDEO

Lənkəranda yük və minik avtomobili toqquşub, bir nəfər ölüb - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2013 08:55 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 30-da saat 10.30 radələrində Lənkəran-Lerik şose yolunun rayonun Rvo kəndindən keçən hissəsində qeydə alınıb. “KamAZ” markalı yük maşını ilə “VAZ-21015” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ-21015”-in sürücüsü, rayonun Qrumba kənd sakini, 1993-cü il təvəllüdlü Kamran Eyvaz oğlu Abdullayev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR